Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:54

İsa Qəmbər Qarabağ ermənilərinə «​Peşmanlıq qanunu»​ təklif edir...


-

26 mart Azərbaycan media icmalı

ZİRƏDƏ DAHA NİYƏ QARPIZ YETİŞDİRMİRLƏR?

«Publika.az» Zirədən hazırladığı reportajda Zirənin nəqliyyat probleminə diqqət çəkib:

«Qəsəbə sakinlərini paytaxtın mərkəzi ilə əlaqələndirən yeganə nəqliyyat vasitəsi «Ulduz» metro stansiyası – Zirə istiqamətində hərəkət edən 187 saylı marşrut avtobusudur. Lakin məsafənin uzaq olması, habelə 187 saylı marşrut avtobuslarının günün axşam saatlarında az-az xəttə çıxmaları sakinlər üçün vaxt və maddi problemlər yaradır.

Arxiv fotosu
Arxiv fotosu

Elə buna görə də bəzi sakinlər taksi xidmətindən istifadə etmək məcburiyyətində qalırlar. Bütün bunlar bir yana, marşrut avtobusunda gediş haqqı nə az-nə çox – 70 qəpikdir. Qəsəbədən hər gün işə gələn sakinlər təkcə 187 saylı vtobusa gediş haqqı kimi 1 manat 40 qəpik ödəməli olurlar. Bu hesabla qəsəbə sakinlərinin bir aylıq nəqliyyat xərci 28 - 30 manat təşkil edir. Bu siyahıya sakinlərin digər nəqliyyat xərclərini, o cümlədən metrodan istifadə haqlarını da əlavə etsək, zirəlilərin 1 aylıq nəqliyyat xərclərinin necə baha olduğunu təsəvvür etmək o qədər də çətin deyil».

“Publika.az” yazır ki, Zirənin bir başqa problem də işsilzikdir. «Qəsəbə sakini Sabir Bədəlovun sözlərinə görə, bu yaşayış məskənində yeni iş yerlərinin açılmasına ciddi ehtiyac var: «Əvvəllər kolxoz vardı, sonra onu sovxoz etdilər. Camaat xiyar, pomidor, qovun, soğan, kartof, qarpız əkir, təsərrüfatla dolanırdı. Zirə qarpızı təkcə paytaxtda, Bakı kəndlərində yox, bütün respublikada məşhur idi... Lakin sovet imperiyasının dağılmasından sonra bazar iqtisadiyyatı şəraitində çox şey dəyişdi. Zirəlilər əvvəlki kimi bostan bitkilərinin yetişdirilməsi ilə məşğul olmurlar. Çünki onu aparıb şəhərdə satmaq onlara baha başa gəlir».

Reportajda deyilir ki, Zirədə bir çox ailələr şəhərin mərkəzində işləyən gənclərin ümidinə qalıblar.

Azərbaycan tərəfə keçən erməni əsgər
Azərbaycan tərəfə keçən erməni əsgər

«QRİQORYANA ƏSİR DEMƏK DÜZ DEYİL»​

Bunu politoloq Ərəstun Oruclu facebook səhifəsində yazıb. «Musavat.com» xəbər verir ki, politoloqun yazdıqları sosial şəbəkədə müzakirələrə yol açıb.

Oruclu deyir: «Azərbaycan tərəfə keçmiş erməni əsgər Andranik Qriqoryanla bağlı ölkə telekanalları ən savadsız təcrübə və ənənələrini ortaya qoydular. Əvvəla, Qriqoryanın telekanallarda əsir kimi təqdim edilməsi nə hüquqi, nə də təbliğat baxımından düzgün deyil. İkincisi, belə yanaşma bizim maraqlarımıza ziddir».

ƏSGƏRİN VALİDEYNLƏRİ AZADLIQRADİOSUNA DANIŞIR...

Politolq deyir ki, hüquqi baxımdan «əsir» statusu döyüş zamanı qarşı tərəfdən tərksilah edilərək diri götürülmüş və ya konkret hərbi situasiyada həyatını xilas etmək məqsədilə təslim olmuş hərbçiyə şamil edilə bilər. «Qriqoryan isə növbə çəkdiyi postu atıb, ağ bayraq qaldırıb və könüllü olaraq Azərbaycan tərəfə keçib. Belə hərbçiyə rus hərbi hüququnda «перебежчик» və ya «дезертир» deyilir ki, bu da tamamilə fərqli hüquqi statusdur».

Məncə, könüllü surətdə bizim tərəfə keçənlər üçün, xüsusən Qarabağ erməniləri üçün «Peşmanlıq Qanunu» qəbul edilməli və geniş təbliğ olunmalıdır...

Ərəstun Oruclunun mövqeyi Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin diqqətini cəlb edib. O xüsusi təkliflə çıxış edib: «Məncə, könüllü surətdə bizim tərəfə keçənlər üçün, xüsusən Qarabağ erməniləri üçün «Peşmanlıq Qanunu» qəbul edilməli və geniş təbliğ olunmalıdır».

Musavat.com bildirir ki, İsa Qəmbərin haqqında söz açdığı «Peşmanlıq Yasası» Türkiyədə geniş tətbiq olunur və terrorçu PKK təşkilatının sıralarından könüllü olaraq qaçıb, dövlətə sığınanların himayəsini, cəzalarının, yaxud da cəzasızlıqlarının dərəcəsini müəyyənləşdirir. Məhz bu qanunun tətbiqindən sonra PKK sıralarından minlərlə gənc qaçaraq, dövlətə sığınma şansı əldə edib.

«AZƏRBAYCANIN ƏN UCA BOLU KİŞİSİ ƏYİLİR»

«ANS PRESS» yazır ki, Azərbaycanın ən ucabolu kişisi Şahlar Quliyev Cəlilabad rayonunun Babaxanlı kəndində yaşayır. Onun boyunun uzunluğu 2 metr 5 sm-dir.

«Şahlar Quliyev bir neçə il əvvələ kimi peşəkar boksla məşğul olub. O, uzun müddət özəl şirkətlərdə mühafizəçi kimi çalışıb. Ancaq boyunun uzun olması ilə əlaqədar onurğasında skalyoz xəstəliyi yaranıb. Şahlar Quliyev əməliyyat olunmasına maddi imkaını yoxdur. Artıq xəstəliyin təsirindən ilbəil onun boyu qarşıya doğru əyilməyə başlayıb».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG