Keçid linkləri

Təcili xəbərlər
2021, 03 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 00:04

Neviniya və Seviniya...


“Tikanlı məftillər”dən səhnə

-

“Oda” Müstəqil Teatrı yeni tamaşa hazırlayıb: “Tikanlı məftillər”

Martın 28-29-da 19:00-da premyerası olacaq tamaşa türkiyəli yazar Müzaffer İzgünün “Sərhəd” əsəri əsasında hazırlanıb.

“Tikanlı məftillər”in rejissoru İmam Həsənov, aktyorları Elmin Bədəlov və Niyaz İlyasoğludur.

Tamaşa Neviniya və Seviniya adlı iki ölkə arasındakı sərhəddə baş verən hadisələr fonunda cərəyan edir.

Münaqişə mövzusunda hazırlanmış tamaşada iki düşmən əsgəri üz-üzə dayanıb.

Hadisələr onların heç birinin gözləmədiyi sonluqla bitir.

Teatrın ünvanı: Dilarə Əliyeva küçəsi, 141

XS
SM
MD
LG