Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:09

Əhmədlidə ağacları kəsib yerində bina tikirlər


Arxiv fotosu
Arxiv fotosu

-

"Kəsilən ağacların yerində qeyri-yaşayış obyekti tikilir. Artıq obyektin təməli də qoyulub, ərazi betonlanıb".

Xətai rayonu sakinləri "Qaynar xətt"ə müraciət edərək, rayon ərazisində olan yaşıllıqların məhv edildiyini bildiriblər. Sakinlər deyirlər ki, ərazidə olan bir neçə küçədə ağacları kəsərək, onların yerində ticarət obyektləri tikirlər.

ƏHMƏDLİDƏ AĞAC KƏSİMİ TÜĞYAN EDİR

"Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsində və rayon ərazisində olan digər bir küçədə ağaclar kəsilib, bəziləri də kəsilmək üzrədir. Yolun kənarında, "Ultra Med" tibb mərkəzi və 6 nömrəli şəhər poliklinikasına gedən yolun kənarında olan yaşıllıq ərazinin bir hissəsi məhv edilib".

Obyektlərin qarşsındakı lövhədə bu ərazidə martın 5-dən tikinti işlərinə başlanılması barədə məlumat qeyd olunsa da, sifarişçi, layihəçi və podratçı haqqında məlumat yer almayıb.

Sakinlərin sözlərinə görə, tikinti başlandığı gündən etibarən ərazidə 20-yə yaxın gənc ağac məhv edilib:

"Əvvəlcə buranı hasara aldılar. Sonra gecə ilə ağacları kəsdilər. Sonra da dərhal tikintiyə başladılar. Tikintinin kim tərəfindən aparıldığını bilmirik. Bildiyimiz budur ki, hər şeyin səbəbkarı İcra Hakimiyyətdir. Heç kim onlardan xəbərsiz daşı-daş üstünə qoya bilməz. Deməli, burada tikinti işi aparan sahibkar buranı alıb. Başqa cür ola da bilməz. Ümumiyyətlə, bizim icra başçımız bu sahədə yaxşı tanınıb. Yaşıllığı məhv edib, yerində tikinti işləri aparmaq üçün ən ideal şəraiti bizim icra başçımız yaradır. Rayon və qəsəbə ərazisində bu zamana kimi dəfələrlə bu formada ağaclar məhv edilib və yerində çoxmərtəbəli binalar tikilib".

İCRA HAKİMİYYƏTİ DEYİR, TİKİNTİLƏR QANUNİDİR

Sakinlər deyirlər, Əhmədli qəsəbəsinin digər bir küçəsində isə ağacların kəsilməsinə hazırlıq gedir. Belə ki, kəsilməsi və hasara alınaraq, ticarət obyektinin inşası planlaşdırılan əraziyə artıq tikinti daşları da tökülüb. Yaxın günlərdə ərazini hasara alaraq, ağacları kəsib, tikintiyə başlanılacaq.

Xətai rayonu Vunq-Tau prospektində də eyni vəziyyətdir. Burada da yolun sağ tərəfində ağaclar kəsilərək, ərazi hasarlanıb. Tikinti işlərinə hazırlıq gedir.

Neapol dairəsi yaxınlığındakı Telnov küçəsində də eyni vəziyyətdir.

Xətai rayon İcra Hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, ərazidəki bütün tikinti işləri qanunidir. Bi tikintilərə görə Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq icazəsi var.

XS
SM
MD
LG