Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:05

Ukraynada 2 vəzifəli şəxs birbaşa parlamentin iclasında həbs ediliblər


Foto arxiv
Foto arxiv

Ukrayna polisi martın 25-də parlamentin iclas zalına daxil olaraq fövqəladə hallar naziri Serhiy Bochkovskiy və onun müavini Vasyl Stoyetskiyni həbs edib.

Daxili işlər naziri Arsen Avakovun sözlərinə görə onlar ofşar şirkətlərlə bağlı korrupsiyada şübhəli bilinirlər.

Baş nazir Arseniy Yatsenyuk onları kəskin ittiham edib: ” Ölkənin müharibə vəziyyətində olduğu və hər bir qəpiyi saydığımız bir vaxtda, onlar xalq və dövlətdən öğurluq edirlər”

Baş nazir xəbərdarlıq edib ki, qanunu pozan və Ukrayna dövlətini ələ salan hər kəsi eyni aqibət gözləyir.

Qeyd edək ki, prezident Petro Poroshenko bundan bir neçə saat əvvəl Dnepropetrovsk vilayətinin qubernatoru, oliqarx İhor Kolomoyskyninin vəzifədən gənarlaşdırılması barədə sərəncam imzalayıb.

Onun işdən kənarlaşdırılması dövlət neft şirkətlərinə nəzərət üstündə mübahisədən sonra baş verib.

Başqa bir məlumata görə isə onun xüsusi silahlı qüvvələri varmış.

XS
SM
MD
LG