Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 23:19

Taliban ABŞ-ın son qərarının sülhə əngəl olduğunu deyir


Taliban bəyan edib ki, Əfqanıstandakı ABŞ ordusunun ixtisar edilməsinin təxirə salınması ölkədə şülhə şansı pozacaq.

ABŞ prezidenti Barack Obama martın 24-də Ağ evdə əfqanıstanlı həmkarı Ashraf Ghani ilə görüşdən sonra deyib ki, Vaşinqton Əfqanıstanda 9800 əsgər saxlayacaq.

Vaşinqton bundan əvvəl 2015-ci ilin sonunadək 5 500 əsgərin ixtisar edilməsiniplanlaşdırırdı.

Talibanın sözçüsü Zabihullah Mujahid martın 25-də bildirib ki, Obamanın bu bəyanatı sülhün bütün perespektivlərini korlayır.

O qeyd edib ki, ABŞ-ın bu qərarı o deməkdir ki, onlar tamamilə məğlub edilməyincə müharibə davam edəcək.

Taliban hələ ki, Əfqanıstan hökuməti ilə sülh danışıqlarına başlamayıb, amma son məlumatlar tərəflərin buna yaxın olmasından xəbər verir.

2001-ci il 11 sentyabr hadisələrindən sonra ABŞ-ın Əfqanıstanda 100 mindən çox hərbi qüvvəsi var idi, amma ötən il bu qüvvələrin əksəriyyəti ölkədən çıxarıldı və hazırda Əfqanıstanda 9800 ABŞ həbçisi var.

Əfqanıstan prezidenti Ashraf Ghani sentyabrda hakimiyyətə gəldikdən sonra ABŞ-dan ordunun çıxarılmasının ləngidilməsini xahiş edib.

Onun martın 25-də Konqresdə çıxışı gözlənilir.

XS
SM
MD
LG