Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:30

Azərbaycan «Eurovision 2015»də ikinci yarımfinalda çıxış edəcək


Elnur Hüseynov
Elnur Hüseynov

-

«Eurovison-2015» Mahnı Müsabiqəsinin iştirakçısı olan ölkələrin yarımfinalda çıxış ardıcıllığı açıqlanıb.

Müsabiqənin rəsmi saytının məlumatına görə, Azərbaycan təmsilçisi səhnəyə 11-ci çıxacaq.

İlk yarımfinalda Moldova, Ermənistan, Belçika, Niderland, Finlandiya, Yunanıstan, Estoniya, Makedoniya, Serbiya, Macarıstan, Belarus, Rusiya, Danimarka, Albaniya, Rumıniya və Gürcüstan çıxış edəcək.

İkinci yarımfinalda isə ölkələr bu ardıcıllıqla çıxış edəcək- Litva, İrlandiya, San-Marino, Monteneqro, Malta, Norveç, Portuqaliya, Çex Respublikası, İsrail, Latviya, Azərbaycan, İslandiya, İsveç, İsveçrə, Kipr, Sloveniya və Polşa.

İlk yarımfinal mayın 19-da, ikinci yarımfinal mayın 21-də olacaq. Müsabiqənin finalı isə mayın 23-də baş tutacaq.

Vyanada keçiriləcək «Eurovision-2015»də Azərbaycanı Elnur Hüseynov «Hour of the Wolf» mahnısı ilə təmsil edəcək.

XS
SM
MD
LG