Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:26

Ukrayna ordusu separatçıların cəbhə xəttinə yaxınlaşdığını xəbər verir


Foto arxiv
Foto arxiv

Ukrayna ordusu ölkənin şərqindəki rusiyapərəst separatçıların tanklar, silah və sursatla cəbhə xəttinə doğru yaxınlaşdığını xəbər verir.

Daxili işlər nazirliyinin sözçüsü Zoryan Shkiryakın sözlərinə görə, martın 23-i gecə saatlarında cəbhə xətti yaxınlığındakı Horlivka şəhərinə 10-12 tank daxil olub.

O həmçinin separatçıların Donetsk və Luqansk vilayətlərində cəmləşməkdə davam etdiklərini bildirir.

Ukrayna ordusu son 24 saat ərzində 6 əsgərinin yaralandığını xəbər verir.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində separatçılarla Ukrayna ordusu arasında gedən toqquşmalarda 6 mindən çox adam ölüb.

Martın 15-də atəşkəs elan edilsə də vaxtaşırı tərəflər arasında silahlı toqquşmalar müşahidə olunur.

Amma ümumilikdə gərginlik xeyli səngiyib.

XS
SM
MD
LG