Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:06

“Sinqapur xalqının atası” Lee Kuan Yew vəfat edib


“Sinqapur xalqının atası” kimi tanınan Lee Kuan Yew 92 yaşında vəfat edib.

Sinqapur hökumətinin məlumatına görə o, sətəlcəm daiqnozu ilə bir neçə gün əvvəl xəstəxanaya gətirilmişdi.

Lee Sinqapur 1959-cu ildə müstəqil olandan bəri 31 il müddətində onun hökumətinə rəhbərlik edib.

Onun apardığı iqtisadi islahatlar keçmiş Britaniya müstəmləkəsini firavanlığa çatdırsa da, insan haqları təşkilatları Lee-ni demokratik azadlıqları məhdudlaşdırmaqda günahlandırırdı.

Sinqapurda Lee-nin söz azadlığına qoyduğu məhdudiyyətlər bu gün də qüvvədə qalır.

XS
SM
MD
LG