-
Martın 20-də Bakıdakı «Astoriya» Tibb Mərkəzində doğuş zamanı ölən qadının yaxınları hadisənin həkimlərin səhvi ucbatından baş verdiyini bildirirlər.
ANS-ə müraciət edən Cavid Musazadə gənc qadının qardaşı arvadı olduğunu deyib. O da ixtisasca həkimdir.
«Dünyasını dəyişən qadın Bakı şəhər Lökbatan qəsəbəsində qeydiyyatda olan, 1984-cü il təvəllüdlü İlahə Musazadədir. O, doğuşdan əvvəl dünyasını dəyişib. Ona iynə vuraraq epidural anesteziya eləmək istəyiblər. Amma qadın şoka düşüb və dünyasını dəyişib»,- deyə Cavid Musazadə vurğulayıb.
Onun sözlərincə, hadisə zamanı İlahə Musazadənin körpə qızını xilas etmək mümkün olub.
«Astoriya» Tibb Mərkəzindən Trend-ə hadisənin təsdiqləyiblər. Ancaq klinikadan hadisə ilə bağlı ətraflı məlumat verməkdən boyun qaçırıblar.