Keçid linkləri

2017, 26 Aprel, çərşənbə, Bakı vaxtı 04:42

Yunanıstan hökumətibeynəlxalq maliyyə yardımı almaq üçün yaxın günlərdə Avropa Birliyinə iqtisadi islahatlarla bağlı konkret siyahı verəcək.

Bu barədə martın 19-da Brüsseldə Yunanıstanın baş naziri Alexis Tsiprasla Avropa Birliyi liderləri arasında aparılan danışıqlardan sonra məlumat verilib.

BBC-nin məlumatına görə Almaniyanın kansleri Angela Merkel bildirib ki, Yunanıstan hökuməti islahatlara görə tam öhtəlik götürəcək.

O müzakirələrin səmərəli olduğunu qeyd edib.

Yunanıstan artıq apreldə pul qıtlığı ilə üzləşə bilər.

Avropa Birliyi he3sab edir ki, yeni Yunanıstan hökumətinin yeritdiyi siyasət onun avrozonadan çıxması ilə nəticələnə bilər.

Yanvarda hakimiyyətə gələn Tsipras əvvəlki hökumətin qəbul etdiyi kəskin iqtisadi tədbirlər paketinə son qoyacağını vəd edib.

Avropa Birliyi Yunanıstana maliyyə yardımı əvəzində ondan kəskin iqtisadi islahatlar aparılmasını tələb edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG