Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 14:37

Lənkəranlı rəssam: «Burda özümü insanlara daha yaxın hiss edirəm»


Adil Əsədli
Adil Əsədli

-

Rəssam Adil Əsədlinin Lənkəran Dövlət Dram Teatrında yaradıcılıq sərgisi keçirilir. Bu, lənkəranlı rəssamın artıq son illər keçirdiyi 4-cü sərgidir. Sərgidə rəssamın 50-dən yuxarı əsəri nümayiş edilir. Onun «Xatirə», «Cavanşir», «Nizami», «Xətai», Lənkəran mənzərələri silsiləsindən çəkdiyi rəsm əsərləri sərgiyə gələn tamaşaçılarda maraq doğurub.

Rəssam Adil Əsədli özünü belə tanıdır:

«Ə.Əzimzadə adına rəssamlıq məktəbini, N.Tusi adına Dövlət Pedaqoji Universitetinin Bədii qrafika fakültəsini bitirmişəm. Ən çətin məqamlarda belə sənətimi davam etdirmişəm. Əyalətdə yaşayıb yaratmağın öz problemləri olsa da, burada mövzu rəngarəngliyi var. Burda özümü insanlara daha yaxın hiss edirəm, həyatın nəbzini tuta bilirəm».

Adil Əsədli həm də Lənkəran Rəssamlıq Məktəbinə rəhbərlik edir. Özünün dediyinə görə, şagirdlərin əsərlərinin sorağı Misir, Çexiya, Yaponiya, Polşa və Türkiyə kimi xarici ölkələrdən gəlir.

XS
SM
MD
LG