Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:47

ABŞ əfv fərmanını alqışlayır


Orxan Eyyubzadə azadlıqda
Orxan Eyyubzadə azadlıqda

-

“Birləşmiş Ştatlar martın 18-də verilmiş əfv fərmanını, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin koordinatoru Bəşir Süleymanlının, eləcə də Azərbaycan QHT-lərinin vətəndaş fəaliyyətinə görə saxlandığını dediyi daha 3 nəfərin azadlığa buraxılmasını alqışlayır”. Bunu martın 19-da ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki deyib.

“Azərbaycan hökumətini növbəti aylarda əlavə müsbət addımlar atmağa, ictimai fəaliyyətinə görə həbs olunduğu bildirilən digərlərini azadlığa buraxmağa çağırırıq. Bununla hökumət bütün vətəndaşlarının fundamental azadlıqlarının qorunmasına dair ATƏT qarısındakı və digər beynəlxalq öhdəliklərinə sadiqliyini göstərər,” Psaki deyib.

Martın 18-də prezident İlham Əliyev məhkum edilmiş 90 nəfərin azadlığa buraxılması ilə bağlı əfv sərəncamı verib. Əfv olunanlar arasında Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin koordinatoru Bəşir Süleymanlı, hicab məhbusu Anar Qasımlı və bloqqer Orxan Eyyubzadənin də adı var. Ancaq tənqidçilər bu əfvin ölkədə siyasi məhbus probleminə ciddi töhfə vermədiyini düşünür.

XS
SM
MD
LG