Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 01:01

Azərbaycanda burun əməliyyatı zamanı ölüm hadisəsi baş verən özəl klinikanın fəaliyyəti dayandırılıb.

Bu barədə APA Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir.

Hadisə martın 18-də “StarMed” klinikasında qeydə alınıb.

Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi Leyla Mürsəlova burnundan əməliyyat olunmaq istəyib. Amma narkoz verilən kimi o, dünyasını dəyişib.

İlkin ehtimala görə qız narkozun dozasının yüksək olmasından keçinib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi açılıb.

Əməliyyatı aparan həkim və onun digər həmkarları dindirilib.

XS
SM
MD
LG