Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:39

Krımdakı durum BMT-də müzakirə olunur


Krımda anneksiyanın ildönümü qeyd olunur
Krımda anneksiyanın ildönümü qeyd olunur

-

Martın 19-da BMT-nin Təhlükəsizlik Şurası Krımdakı vəziyyətə dair qapalı iclas keçirəcək. Bir il öncə Rusiya Ukraynanın bu ərazisini anneksiya edib. Beynəlxalq ictimaiyyət bu hərəkəti pisləyib.

TASS-ın məlumatına görə, Moskva Litvanın təşəbbüsü ilə keçirilən bu qeyri-rəsmi iclası “səmərəsiz və təxribat məqsədli” sayır və qatılmayacaq.

İclasda Krım tatarlarının lideri Mustafa Dzhemilev çıxış edəcək. Onun sözlərinə görə, krımlılar “qorxu içində yaşayır və sağ qalmağa çalışırlar”.

Rusiya prezidenti Vladimir Putin martın 18-də deyib ki, Rusiyanın Krımı ilhaqı oradakı etnik rusları qorumaq və millətin “tarixi köklərini” bərpa etmək məqsədilə atılan addım olub. Putin Moskvada anneksiyanın ildönümü münasibətilə keçirilən yürüşdə çıxış edib. O, Qərbə qarşı duracağını da bəyan edib. Qərb Rusiyaya bir sıra sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG