Keçid linkləri

Təcili xəbərlər
2021, 04 Avqust, çərşənbə, Bakı vaxtı 20:49

ABŞ-ın Yaponiyadakı səfiri Kennedy-ni hədələyiblər


Caroline Kennedy

Yaponiya polisi ABŞ-ın ölkədəki səfiri Caroline Kennedy-yə və başqa bir diplomata qarşı ölüm hədələrini araşdırır.

Ötən ay Birləşmiş Ştatların Tokiodakı səfirliyinə telefonla zəng edən ingilisdilli naməlum şəxs tərəfindən ölüm hədələri edilib.

Eyni hədələr Amerikanın Okinavada oturan baş konsulu Alfred Magleby-yə də edilib.

Xanım Kennedy ABŞ-ın keçmiş prezidenti John F. Kennedy-nin qızıdır və Yaponiyaya 2013-cü ildə səfir təyin edilib.

Yaponiya mediası bildirir ki, zəng edən ingilis ləhcəsində danışırmış.

Səfirliyin özü mətbuata heç bir açıqlama vermir.

Cənab Magleby-nin ofisi yerləşən Okinava adasında 25 minlik Amerika əsgəri qüvvəsi mənzillənib.

Bu ayın əvvəllərində ABŞ-ın Cənubi Koreyadakı səfiri Mark Lippert bıçaq hücumuna məruz qalmış, bir neçə günü xəstəxanada keçirməli olmuşdu.

XS
SM
MD
LG