Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 05:09

Tunisdə ölənlərin sayı 19-a çatdı


Foto arxiv
Foto arxiv

Martın 18-də Tunisin paytaxtında milli muzeyə edilmiş silahlı basqında azı 19 adam ölüb.Ölənlərdən 17-i xarici turistlərdir.

Həmçinin 22 turist və 2 yerli sakin yaralanıb.

Bu barədə ölkənin baş naziri Habib Essid məlumat verib.

Nazir girov götürülmüş turistlərin hamısının azad edildiyini bildirib.

Ölənlərin arasında Almaniya, İspaniya və Polşadan olan turistlər var.

Hələlik hücuma görə cavabdehliyi heç kim üzərinə götürməyib.

Parlamentin ətrafında yerləşən milli muzey turistlərin Tunisdə ən çox gəzdiyi yerlərdən biridir.

XS
SM
MD
LG