Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:30

ABŞ səfiri Azərbaycanda demokratiya üçün mümkün addımların müzakirə edildiyini deyir


ABŞ səfiri Robert Cekuta
ABŞ səfiri Robert Cekuta

.

“ABŞ dövlət katibinin köməkçisi Victoriya Nulandın səfəri ərzində ABŞ-Azərbaycan əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə edilib”.

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta "Amerikanın Səsi"nin sualına cavabında deyib.

Onun sözlərinə görə, 4 sahə üzrə dialoq aparılması qərarlaşdırılıb. Bunlar:
- demokratiya,
- vətəndaş cəmiyyəti,
- iqtisadiyyat və enerji,
- təhlükəsizlik.

Victoria Nuland
Victoria Nuland

Səfirin sözlərinə görə xanım Nulandın Vaşinqtona qayıtmasından sonra xüsusilə demokratiya və vətəndaş cəmiyyəti sahəsində hansı addımların atıla biləcəyi barəsində işlər aparılmağa başlanılıb:

"Yəni, biz öz fikirlərimizi Azərbaycan tərəfinə təqdim edəcəyik və qarşı tərəfin fikirlərini öyrənəcəyik. Eyni zamanda hesab edirəm ki, burada Azərbaycanın vətəndaş cəmiyyətinin fikirləri öyrənilməli və onlarla da birlikdə iş aparılmalıdır".

ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta Qarabağda saxlanan Azərbaycanlı girovların qaytarılmaması məsələsini şərh edib:

“Mən çıxışlarımda dəfələrlə bəyan etmişəm ki, durğunluq vəziyyətindən çıxış imkanı əldə etmək, irəliyə doğru addım atmaq və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində humanitar jest nümayiş etdirmək baxımından fürsət yaranıb” deyə səfir qeyd edib.

ABŞ Dövlət Katibinin yardımçısı Victoria Nuland fevralın 18-də Bakıda səfərdə olmuşdu. O iki ölkə arasında insan haqları problemlərinə dair dialoqun gücləndirilməsindən, ikitərəfli qurumun yaradılacağını bildirmişdi.

XS
SM
MD
LG