Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 17:26

Prezident İlham Əliyev martın 18-də Sudanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezidentin rəsmi saytında yayılan məlumata görə ölkə başçısı Sudanın xarici işlər naziri Əli Əhməd Kartinin başçılıq etdiyi nümayəndə heyəti ilə iki ölkə arasındakı münasibətləri müzakirə edib.

İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq Sudanın bu münaqişənin həllində və eləcə də Xocalı faciəsinin soyqırım kimi tanınmasında tutduğu ədalətli mövqeyinə görə minnətdarlıq edib.

Görüşdə iki ölkə arasında ikitərəfli əlaqələr, iqtisadi sahədə, o cümlədən enerji sektorunda əməkdaşlıq və bu sahədə təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti qeyd olunub.

XS
SM
MD
LG