Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 06:17

Amnesty International Krım hökumətini tənqid edir


Amnesty International beynəlxalq insan haqları təşkilatı Krımın ilhaqının 1-ci ildönümü günündə açıqladığı hesabatda yarımadanın yerli hökumətini kəskin tənqid edib.

Hesabatda qeyd olunur ki, yerli hakimiyyət orqanları çoxsaylı adam oğurluğu, qətl və başqa zorakılıq hallarını araşdırmaqdan imtina edirlər.

“Krımın ilhaqı: Bir il sonra” adlı hesabatda Ukraynanın işğal olunmuş bu ərazisində insan azadlıqlarının qadağan olunmasından bəhs edilir.

Hesabatda deyilir ki, Krımın ukraynapərəst fəalları və Krım tatarlarının nümayəndələri yeni hakimiyyət tərəfindfən təqib olunurlar.

İnsan haqları fəallarının verdiyi məlumata görə ötən bir il ərzində Krımda azı yeddi nəfər oğurlanıb. Onların sonrakı taleyi barədə heç bir məlumat yoxdur.

Oğurlananlardan birinin tapılmış cəsədində işgəncə izləri aşkar olunub.

İtkin sayılanlardan üçü milliyyətcə tatarlardır.

Hesabatda bildirilir ki, ilhaqdan dərhal sonra hakimiyyət bütün QHT-lərin təkrar qeydiyyatdan keçməsini tələb edib.

Krımda bütün ictimai aksiyalar qadağan olunub.

Krım hökuməti tatarların xalq məclisini tanımaqdan imtina edir.

XS
SM
MD
LG