Keçid linkləri

2017, 25 İyul, çərşənbə axşamı, Bakı vaxtı 20:59

TANAP layihəsinin təməlqoyma mərasimi keçirilib


Foto arxiv

Türkiyənin Qars şəhərində Trans-Anadolu qaz kəmərinin təməlqoyma mərasimi keçirilib.

Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan,Gürcüstan prezidenti Georgi Marqvelaşvili, Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevçovic və digər rəsmilər iştirak ediblər.

Bu kəmərlə Azərbaycan qazının Gürcüstan, Türkiyə, oradan isə Avropaya çıxarılması nəzərdə tutulub.

Kəmərlə ilkin olaraq illik 16 milyard kub metr qaz nəqli nəzərdə tutulur.

Bunun 10 milyardı Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə veriləcək.

Kəmər 2018-ci ildə istismara verilməlidir.

Layihədə Azərbaycan Dövlət Neft şirkətinin 58, Türkiyənin Botaş şirlətinin 30, BP-nin isə 12 faiz payı var.

Gələcəkdə bu kəmərlə qaz ixracının artırılması nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG