Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:02

Futbolçu Zlatan İbrahimovic fransızlardan üzr istəyib


Zlatan İbrahimovic.
Zlatan İbrahimovic.

“Paris St-Germain” futbol klububnun hücumçusu Zlatan Ibrahimovic “Fransa PSG-yə layiq deyil” dediyinə görə üzr istəyib.

Ibrahimovic-in əsəbiləşməsinə səbəb onun komandasının 1-ci liqanın oyununda Bordeaux klubuna 3-2 hesabı ilə uduzması olub.

Fransanın idman naziri Patrick Kanner İbrahimovic-i üzr istəməyə dəvət edib və futbolçu üzr istəyib.

Bundan sonra nazir “böyük çempionun üzrü qəbul olundu” deyib.

Futbolçu izah edib ki, onun qeydləri Fransaya və ya Fransa xalqına qarşı yönəlməyib və o, sadəcə əsəblərini cilovlaya bilməyib.

Bununla belə, Fransanın Peşəkar Futbol Liqasının intizam komissiyası martın 19-da futbolçunun məsələsinə baxacaq.

Lyon komandasının məşqçisi Hubert Fournier-in ötən ay etdiyi iddiaya görə, İbrahimovic fransız hakimləri bir qayda olaraq ingilis və italyan dillərində təhqir edir ki, onu başa düşməsinlər.

XS
SM
MD
LG