Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:32

Stoltenberg:"NATO Moldovanın ərazi bütövlüyünü dəstəkləyir"


Chiril Gaburici və Jens Stoltenberg
Chiril Gaburici və Jens Stoltenberg

NATO bir daha Moldovanın müstəqilliyi və ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.

Təşkilatın baş katibi Jens Stoltenberq martın 16-da Moldovanın baş naziri Chiril Gaburici ilə Brüsseldə keçirdiyi mətbuat konfransında bu ölkənin NATO-nun qiymətli tərəfdaşı olduğunu deyib.

O qeyd edib ki, NATO-nun bütün müttəfiqləri Moldovanın ərazi bütövlüyünü dəstəkləyir.

Liderlər Moldovanın müdafiə imkanlarının gücləndirilməsini müzakirə ediblər.

Rusiya Moldovaya xəbərdarlıq edib ki, Avropa Birliyinə yaxından inteqrasiya onun separatçı Dnestryanı regionu itirməsi ilə nəticələnə bilər.

Hazırda Rusiyanın bu bölgədə 1200-ə yaxın əsgəri var.

XS
SM
MD
LG