Keçid linkləri

Təcili xəbərlər
2021, 01 Mart, Bazar ertəsi, Bakı vaxtı 11:28

Nazir: «Qiymətlərə nəzarət olunur»


Heydər Əsədov

-

«Bayram yarmarkalarında qiymətlərə nəzarət olunur». ANS-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov söyləyib.

O bildirib ki, aidiyyəti orqanlar qiymətə nəzarətlə məşğul olurlar. Nazirin sözlərincə, fermerlərin yarmarkalara məhsul çıxara bilməsi üçün nazirlik ciddi cəhdlə çalışır:

«Fermerlərə qarşı maneələr yaradılması yolverilməzdir. Biz bununla bağlı işlər görürük. Çalışırıq ki, fermerlər öz məhsullarını birbaşa bazara çıxara bilsin».

Nazir manatın ucuzlaşmasından sonra yerli istehsal məhsulların qiymətinin artacağı ilə bağlı suallara da münasibət bildirib. H.Əsədov deyib ki, valyutanın bahalaşması yerli istehsala təsir etməməlidir.

«Manatın devalvasiyası yerli istehsala təsir etməyib və etməyəcək. Çalışacağıq ki, yerli istehsalı artıraq. Bununla da xaricdən asılılığı azaltmağı hədəfləyirik», - deyə nazir vurğulayıb.

Fevralın 21-də Milli Bankın qərarı ilə manatın devalvasiyası baş verib. Bundan sonra bəzi malların qiyməti bahalanıb. Hökumətsə süni qiymət artımı ilə mübarizə apardığını bəyan edib. ​

XS
SM
MD
LG