Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:12

İspaniyalı qadın Salvador Dali-nin qızı olduğunu iddia edir


58 yaşlı Pilar Abel məhkəmə ərizəsində iddia edir ki, rəssamla anasının arasında baş vermiş nikahdankənar cinsi əlaqə nəticəsində dünyaya gəlib.

Abel ispaniyalı surrealist rəssamın ölümündən 20 il sonra onun qızı olduğunu isbat etmək üçün DNT analizinin keçirilməsini rica edir.

Qadın bildirib ki, onun anası 1950-ci illərdə Dalinin yaşadığı evə yaxın Kadak şəhərində bir evdə qulluqçuluq edirmiş və rəssamla da orada tanış olub. Sonradan bu tanışlıq “gizli məhəbbətə” çevrilib və 1956-cı ildə Abel doğulub. .

Həmin vaxt Dalí 1934-cü ildə evləndiyi Gala və ya Elena Ivanovna Diakonova ilə yaşayırdı və onların uşağı yox idi.

Anasının söhbətlərinə əsaslanan Pilar 2007-ci ildə DNT analizi vermiş və nəticələr rəssamın ölüm maskasından götürülmüş genetik materialla tutuşdurulmuşdu. O vaxt əldə olunan nəticə Dalinin atalığınlı tam dəqiqliyi ilə isbat etmirdi.

Bundan sonra Abel Pilar Dalí-nin yaxın dostu və bioqrafı Robert Descharnes-ə müraciət edib. Yeni DNT analizi Dali-yə məxsus “bioloji” materialla tutuşdurulmalıdır.

Xəbər verilir ki, daha bir DNT analizi nəticə verməzsə, rəssamın eksqumasiyası barədə məhkəmə qərarı verilə bilər.

Pilar-ın iddiasına qarşı Dali-nin qohumları və Dali Fondu çıxış edir.

XS
SM
MD
LG