Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:53

Kəsmik, qatıq və xamanın hazırlanması qaydasına dəyişiklik edilib


Arxiv fotosu
Arxiv fotosu

Kəsmik, qatıq və xamanın istehsal və saxlanma qaydalarına dəyişiklik edilir. Bu haqda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məlumat yayıb. Dəyişikliyə əsasən adıçıkilən məhsulların istehsalında istifadə olunan bitki yağları iyunun 1-dən kərə yağları ilə əvəz olunmalıdır. Standartların əvvəlki tələblərinə görə, bu məhsulların istifadəsində bitki yağından istifadəyə də icazə verilirdi.

Ticarət şəbəkələrində dondurulmuş kəsmiyin saxlanma müddəti ən çoxu 5, xamanınkı isə 14 sutkayadək müəyyən edilib. Dəyişiklik iyunun 1-dən qüvvəyə minir.

XS
SM
MD
LG