Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:42

Mədəniyyət nazirindən inqilabi dəyişikliyə çağırış


Fleur Pellerin
Fleur Pellerin

-

Əgər Parisin küçələrində kimdənsə ingiliscə nəsə soruşsanız, bəziləri ingiliscə bilsə belə, cavab verməyə bilər.

Fransızların öz dillərinə çox həssas yanaşdığı, bəzilərininsə xüsusən ingilis dilindən qıcıqlandığı məlumdur.

Ona görə də Fransanın mədəniyyət nazirinin son açıqlaması inqilabi dəyişikliyə çağırış kimi səslənib.

Fleur Pellerini fransızların öz dillərini xarici dillərin təsirindən ciddi-cəhdlə qorumasını tənqid edib.

O deyib ki, fransızlar xarici sözlərdən qorxmamalıdırlar, xarici təsirlərə dilin zənginləşməsi kimi baxmalıdırlar.

Nazirin fikrincə, müasir dünyanın gerçəkliyini qəbul etmək, “yuxudan oyanmaq” və linqvistik müxtəliflik qarşısına sədd çəkməmək” lazımdır.

Söhbət 1994-cü ildə Fansada qəbul edilmiş dil qanunundan gedir. Həmin qanun fransız dilini xarici dillərin təsirindən qorumaq məqsədilə qəbul edilib və ictimai yerlərdə istənilən reklamın fransızca olmasını tələb edir.

Dilin qorunmasına 1635-ci ildə Kardinal Rişelyenin təsis etdiyi Fransa Akademiyası nəzarət edir.

Akademiyanın ingilis sözlərinin qarşılığı olaraq yaratdığı bəzi sözlərə hətta gülən də olur. Məsələn, “weekend” əvəzinə “fin de semaine”, “email” əvəzinə “courriel”…

Koreya doğumlu Pellerin fransız dili ilə yanaşı alman və ingilis dillərində də danışır.

“Dil daim inkişaf etməlidir” – deyə nazir Beynəlxalq Fransız dili Həftəsinin açılışında bildirib.

Dünya boyu fransızca 274 milyon insan danışır. 2050-ci ilə qədər onların sayının 700 milyona çatacağı gözlənir.

"Guardian"a istinadla OxuZalı

XS
SM
MD
LG