Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:34

Gecə döyüşlərində Azərbaycan əsgəri həlak olub


Foto: Arxiv
Foto: Arxiv

-

Bu il martın 11-də hərbçi Anar Atayev erməni hərbçiləri ilə atışmada öldürülüb.

Xəbəri Müdafiə Nazirliyi yayıb.

Nazirlik bildirir ki, martın 11-də axşam saatlarında erməni hərbi kəşfiyyat qrupu Azərbaycan silahlı qüvvələrin mövqelərinə basqın etməyə cəhd göstərib.

Nazirlik şiddətli atışma baş verdiyini, qarşı tərəfin geri çəkildiyini bildirir.

Anar Atayev müddətdən artıq hərbi xidmətdə olub.

Həlak hərbçinin hansı rayon hərbi komissarlıqdan hərbi xidmətə çağırıldığı və təvəllüdü göstərilməyib.

Yerli mətbuatın məlumatına görə, mart ayında bu, ikinci hərbçi ölümüdür. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Anar Bayramov isə hərbçi yoldaşının atdığı atəş nəticəsində ölüb. Hərbi prokurorluq bu faktla bağlı cinayət işi açıb.

XS
SM
MD
LG