Almaniyanın kansleri Angela Merkel mayın 9-da Moskvada keçiriləcək qələbə paradında iştirak etməyəcək.
Amma bundan 1 gün sonra Moskvaya səfər edəcək.
Almaniya hökumətinin sözçüsü bildirib ki, Merkel paradda iştirakla bağlı dəvəti rədd edib.
Amma onun sözlərinə görə Merkel mayın 10-da Rusiya prezidenti Vladimir Putinlə birlikdə naməlum əsgərin abidəsi önünə əklil qoyacaq.
Rusiya İkinci Dünya Müharibəsinin sona yetməsini mayın 9-da, Qərb müttəfiqləri isə mayın 8-də qeyd edirlər.