Keçid linkləri

2017, 22 İyul, şənbə, Bakı vaxtı 12:57

Sezər İlham Əliyevi türkdilli ölkələrin zirvə toplantısına dəvət edib


Oktyabrın 27-də Türkiyə Respublikasının prezidenti Əhməd Necdət Sezər Azərbaycanın dövlət başçısı İlham Əliyevə telefonla zəng edib. Prezidentin Mətbuat Xidmətinin yaydığı məlumata görə, cənab Sezər həmkarını ötən bayramlar – Dövlət Müstəqilliyi Günü və Ramazan bayramı münasibətilə təbrik edtb, ona uğurlar arzulayıb. Əhməd Necdət Sezər İlham Əliyevi bu ay Türkiyədə keçiriləcək türkdilli ölkələrin dövlət başçılarının zirvə toplantısında iştiraka dəvət edib.
Azərbaycan prezidenti isə qarşıdan gələn Cümhuriyyət Günü münasibətilə Türkiyənin dövlət başçısına və xalqına arzularını çatdırıb.
Telefon söhbəti zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə edilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG