Rusiya Krımda nüvə silahı yerləşdirmək haqqı olduğunu deyir.
Xarici işlər nazirliyindəki silahlara nəzarət şöbəsinin rəisi Mikhail Ulyanovsk martın 11-də bildirib ki, hazırda Krımda nüvə silahı olması və ya Rusiya hakimiyyətinin belə bir planı olması barədə heçnə bilmir, amma prinsipcə Rusiya bunu edə bilər.
Rusiya krımı bir il bundan əvvəl Ukraynadan ilhaq edib.
BMT və Qərb ölkələri onun bu addımını kəskin ittiham edir, Krımı Ukrayna ərazisi kimi tanıyırlar.
Ukrayna 1994-cü ildə böyüklüyünə görə dünyada 3-cü olan nüvə arsenalından imtina edib və əvəzində Rusiya, ABŞ və Böyük Britaniyadan təhlükəsialiyinə təminat alıb.
Qərb rəsmiləri Rusiyanın Krımda nüvə silahı yerləşdirə bilməsindən narahatdır.