Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:08

NATO Rusiyanı Ukraynadan çıxmağa çağırır


ens Stoltenberg
ens Stoltenberg

NATO-nun baş katibi Jens Stoltenberg Moskvanı öz qüvvələrini Ukraynadan çıxarmağa və bu ölkənin şərqindəki separatçılara dəstəyi dayandırmağa çağırıb.

Stoltenberq martın 11-də Brüsseldə keçirilən mətbuat konfransında deyib ki, NATO hələ də Rusiyanın Ukraynanın şərqində güclü hərbi iştirakı və separatçılara güclü dəstəyini müşahidə edir.

NATO qüvvələrinin baş komandanı amerikalı general Flip Bridlav isə (Philip Breedlove) bildirib ki, atəşkəs sahəsində bir qədər irəliləyiş müşahidə olunur, amma cəbhə xəttindən çıxarılan ağır silahların harda yerləşdirildiyini demək çətindir.

O həmçinin qeyd edib ki, Rusiya ilə Şərqi Ukrayna arasındakı sərhəd çox açıq olduğundan Ukrayna ərazisindəki Rusiya qüvvəllərinin sayını bilmək çətindir.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qoşunları ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6 mindən çox adam ölüb.

Martın 15-də qüvvəyə minən atəşkəs rejimindən sonra hərbi əməliyyatlar xeyli səngiyib və ağır silahlarınbir qismi cəbhə xəttindən çıxarılıb.

XS
SM
MD
LG