Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:58

Moskvada Nəriman Nərimanov haqqında kitab çıxıb


-

N.Nərimanov haqqında kitab
N.Nərimanov haqqında kitab

Moskvada rusiyalı tarixçi-qafqazşünas, professor Rudolf Ivanov-un «Ölüm-dirim savaşı. Açılmış arxivlər Nəriman Nərimanovun Azərbaycanda bolşevizm təhriflərinə qarşı mübarizəsinin sirlərini üzə çıxarır» adlı kitabı çıxıb.

AMEA-nın yaydığı xəbərə görə, monoqrafiyaya N.Nərimanovun nadir nəşrlərdən götürülmüş məqalə və nitqləri, o cümlədən «Leninsiz fəaliyyətimizin bir ili» adlı hələ müəllifin sağlığında dərc olunmuş sonuncu əsəri daxildir.

Əlavələrdə N.Nərimanovun həyat və fəaliyyəti ilə bağlı 147 əlamətdar tarix göstərilir.

10 bölmədən ibarət kitaba təqribən 475 tarixi sənədsalınıb.

Kitabın ön söz müəllifi AMEA-nın vitse-prezidenti İsa Həbibbəylidir.

Azərbaycanın «Dostluq» ordeni ilə təltif olunan R.N.Ivanov bundan əvvəl azərbaycanlı general Hüseyn xan Naxçıvanski haqqında kitab yazmışdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG