Keçid linkləri

2017, 26 Aprel, çərşənbə, Bakı vaxtı 04:40

Avropa Komissiyasının sədri Jean-Claude Juncker “beynəlxalq hərbi qüvvə” qismində Avropa İttifaqı Silahlı Qüvvələrinin yaradılması təklifi ilə çıxış edib.

O deyib ki, belə bir ordu Avropa İttifaqının Rusiyaya öz dəyərlərinin qorunmasında ciddi olduğu barədə mesaj verməsinə kömək edərdi.

Lakin bu təklifə cavab olaraq Britaniya belə bir ordunun yaradılmasında iştirak etməyəcəyi ilə cavab verib.

Juncker Almaniyada çıxan “Welt am Sonntag” qəzetinə müsahibəsində deyib ki, Aİ ordusunun yaradılması ondan dərhal istifadə ediləcəyi demək deyil.

Avropa Komissiyasının sədri deyib ki, vahid ordunun yaradılması üzv ölkələrə hərbi vəsaitlərdən daha səmərəli istifadə imkanı verərdi.

Onun fikrincə, öz ordusu olmayan İttifaqı “ciddi qəbul etmirlər”.

Günün bütün mövzuları

XS
SM
MD
LG