Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:48

Respublikaçılar hesab edir ki, İranla razılaşmanı Konqres də təsdiqləməlidir


Tom Cotton
Tom Cotton

ABŞ-da 47 respublikaçı senator martın 9-da xəbərdarlıq edib ki, İranın nüvə proqramı ilə bağlı istənilən razılaşma Konqresdə təsdiq olunmasa uzunömürlü olmayacaq.

Senator Tom Cotton və 46 senatorun İran liderlərinə göndərdikləri açıq məktubda deyilir ki, belə bir təsdiq olmadan istənilən razılaşmaya prezident Obama və İranın ali dini lideri Ayatollah Ali Khamenei arasında adi razılaşma kimi baxılacaq.

Məktubda qeyd olunur ki, növbəti prezidenr bu razılaşmanın icrasını dayandıra, onu geri çağıra bilər.

Bundan başqa gələcək konqres istənilən vaxt razılaşmanın şərtlərini dəyişə bilər.

Respublikaçılar və bir sıra demokratlar hesab edir ki, istənilən belə bir razılaşmanı Konqres də təsdiqləməlidir.

İranın nüvə proqramı ilə bağlı danışıqlarda ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya iştirak edir.

Tərəflər iyunun sonunadək yekun razılıq əldə etmək qərarına gəliblər.

Razılaşmada İranın nüvə proqramını dondurması və əvəzində ona qarşı beynəlxalq sanksiyaların yüngülləşdirilməsi nəzərdə tutulur.

Qərb hesab edir ki, Tehran gizlicə nüvə silahı üzərində işləyir.

İran İttihamı rədd edir, nüvə proqramının dincməqsədli olduğunu deyir.

XS
SM
MD
LG