Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:07

Vəfa Quluzadə Nemtsov-un qətli ilə bağlı versiyanı inandırıcı saymır


Zaur Dadayev
Zaur Dadayev

-

Rusiyada müxalifətçi Boris Nemtsov-un qətlində şübhəli bilinən Zaur Dadayev-in etirafedici ifadələr verdiyi bildirilir. Onun müxalifətçini İslamı və müsəlmanları təhqir etdiyi üçün öldürdüyü deyilir.

Hərçənd bu versiyaya inananlar azdır. Azərbaycanda da sosial şəbəkələrdə məsələylə bağlı mövqelər bildirilir.

Politoloq Ərəstun Oruclu «facebook» səhifəsində yazır:

«Yəni Nemtsov-un qətlinin izi birbaşa Putin-in hakimiyyətdaxili rəqiblərinə aparır. Burda artıq nə baş verəcəyini demək çətindir. Çünki hər şey hakimiyyətdaxili məsələlərin müzakirəsindən asılı olacaq. Ya tutulan şəxslərin üzərində işi bağlayıb, adını «islam fundamentalizmi» qoyacaqlar, yox əgər qarşıdurma kartların açıla biləcəyi həddə çatıbsa, o zaman mümkündür ki, iş sona qədər getsin».

O daha sonra yazır: «Deyəsən, bu qətl də müsəlmanların ayağına yazılacaq. Amma belə baxanda da bilmək olmaz, məsələn, elə bizdəkilər də həmin qətlə çox sevinirdilər...».

VƏFA QULUZADƏ: «BELƏ DƏ OLDU»

Azərbaycanlı politoloq Vəfa Quluzadə də bu versiyanı inandırıcı saymır. O, AzadlıqRadiosuna müsahibəsində deyib:

«Şəxsən mən bunu tamamilə inandırıcı saymıram. Məsələ başqadır. Boris Nemtsov müxalifət lideriydi, iqtidarın ən şiddətli tənqidçilərindən idi, o böyük bir mitinq ərəfəsində qətlə yetirildi. Buna görə də bu gün Rusiyada böyük rəy bu qətli Kremllə əlaqələndirir. Son versiya isə qəbul edilmir. Belə çıxır ki, çeçenlər Çeçenistandan durub Moskvaya gəlib belə bir qətl törədiblər?

Vəfa Quluzadə
Vəfa Quluzadə

Özü də Kremlin iki addımlığında. Buna dünyanın heç bir yerində inanmırlar. Nemtsov-un qızı bu günlərdə dedi ki, atasını apardığı siyasətə görə öldürüblər, o da islama qarşı siyasət aparmırdı ki, avtoritarizmə qarşı mübarizə aparırdı. Elə ilk gündən Moskvada müstəqil dairələr, müxalifət əsl qatillərin, onun sifarişçilərinin tapılmayacağını, ortaya saxta səbəblər qoyulacağını deyirdi. Belə də oldu. Bu versiya heç inandırıcı deyil».

ZİYALI KƏSİMİN YOX, MÜRTƏCELƏRİN ÜRƏYİNDƏN OLAN VERSİYA

Bəs bu versiyaya heç kim inanmırsa, o zaman niyə rəsmi versiya kimi vəsiqə verilir? Vəfa Quluzadə deyir ki, bu gün Kremlə Qərbi inandırmaq lazım deyil, bu versiya daxili təbliğat üçün düşünülüb: «Həmin versiya aşağılar üçündür. Rusiyanın 20 faizini təşkil edən ziyalılar, intelligensiya isə buna inanmayacaq».

Vəfa Quluzadə bir məqama da diqqət çəkir. Onun sözlərincə, bu gün Rusiyada antisemitizm çox güclüdür, sadəcə, hakimiyyət onun alovlanmasına imkan vermir:

«Nemtsov-un anası yəhudi idi, ona görə bu ölüm antisemitistlərin ürəyindəndir. Bundan başqa, bu ölkədə 20 milyon müsəlman yaşayır. Bu gün Nemtsov-un qətlinin «Charlie Hebdo»ya, islamı təhqir edən karikaturaçılara bağlanması müsəlmanların da maraqlarına xidmət edir. Bu versiya bütün mürtəce qüvvələrə xidmət edir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG