Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:48

Amerikanı dəyişən gündən - «Qanlı bazar»dan 50 il keçir


ABŞ - Alabama polisi Selmada keçirilən insan haqları uğrunda yürüşü dağıdır, 1965-ci il, 7 mart
ABŞ - Alabama polisi Selmada keçirilən insan haqları uğrunda yürüşü dağıdır, 1965-ci il, 7 mart

-

1965-ci ildə ABŞ-ın Alabama ştatında, Selmada qaradərililərin seçki haqları uğrunda keçirilən yürüş zorakılıqla dağıdılmışdı.

Həmin hadisələr tarixə "Qanlı bazar" kimi düşüb.

Küçələrə çıxanlar dərisinin rəngindən asılı olmayaraq hamıya bərabər seçki hüququ verilməsini tələb edirdilər.

Martın 7-də ABŞ-ın ilk qaradərili prezidenti Barack Obama həmin hadisələrin ildönümündə Selmada düzənlənən mərasimdə çıxış edib.

O 40 min mərasim iştirakçısı qarşısındakı çıxışında deyib ki, 50 il qabaqkı toqquşmalar "orduların yox, iradələrin toqquşması idi. Bu, Amerikanın anlamını müəyyən etmiş bir qarşıdurma idi".

Barack Obama
Barack Obama

O zaman polis Selmadakı körpünü keçib ştatın mərkəzi şəhəri olan Montgomery-yə yürüş etmək istəyən aksiyaçılara qarşı dəyənək və gözyaşardıcı qazdan istifadə etmişdi.

O dövrdə ağdərililərin irqçi təşkilatları da qaradərililərə hücumlar edirdilər.

Buna baxmayaraq yürüşçülər sonrakı həftələrdə aksiyalarını sona çatdıra bilmişdilər.

Alabamadakı etirazlar zamanı çoxlu sayda insan xəsarət almış, iki nəfərsə döyülərək öldürülmüşdü.

Aksiyaçılar bir neçə ay qabaq prezident Lindon Johnson-un imzaladığı Seçki Hüquqları Aktının icrasına ağdərili məmurların müqavimət göstərməsinə etiraz edirdilər.

Amma Obama ABŞ-da irqçiliyin kökünün tam kəsilmədiyini də qeyd edib.

Ferguson-da silahsız qaradərili gəncin polis tərəfindən öldürülməsi hadisəsini yada salan Obama bunun yerli əhalidə haqlı narazılıq yaratdığını, insan haqları uğrunda hərəkata strart verdiyini bildirib.

Onun sözlərinə görə, yaranışından 240 ilə yaxın müddət keçməsinə baxmayaraq ABŞ dövləti hələ də "kamil" deyil. "Amma biz buna yaxınlaşırıq" - deyən prezident Amerikada quldarlığın ləğvindən bəri keçən dövrü analiz edərkən qeyd edib.

Çıxışından sonra o, mərasim iştirakçıları ilə birgə Selmadakı körpünü keçib.

"Qanlı bazar". Polis yürüşçüləri gözləyir, 1965, 7 mart
"Qanlı bazar". Polis yürüşçüləri gözləyir, 1965, 7 mart

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG