Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:33

BMT İraqın Tikrit şəhəri ətrafından 28 min adamın qaçqın düşdüyünü deyir


Foto arxiv
Foto arxiv

BMT-nin məlumatına görə, hərbi əməliyyatlara görə, Tikrit ətrafındakı rayonlardan Sammara şəhərinə 28 minə yaxın qaçqın gəlib.

İraq ordusu hazırda şiə qruplarının dəstəyi ilə İslam Dövləti yaraqlılarını Tikritdən çıxarmağaça çalışırlar.

Artıq 5 gündür ki, şəhər uğrunda döyüşlər gedir.

Bu şəhər 8 aydan çoxdur ki, İslam Dövləti yaraqlılarının nəzarətindədir.

Əməliyyatda 30 minədək İraq əsgəri və könüllü iştirak edir.

Tikritin azad edilməsi ölkənin şimalındakı Mosul şəhərinin də islamçılardan təmizlənməsinə imkan açır.

İraq rəsmilərinin məlumatına görə, İslam Dövləti yaraqlıları cümə axşamından assuriya şəhəri olan Nimrudu buldezerlərlə dağıdırlar.

Yaraqlılar bundan əvvəl Mosuldakı qədim muzeyi də dağıdıblar.

XS
SM
MD
LG