Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:42

Tikrit sünniləri şiələrin hücumundan qorxaraq qaçırlar


Tikrit üzərinə hücuma hazırlaşan şiə könüllüləri.
Tikrit üzərinə hücuma hazırlaşan şiə könüllüləri.

İraq ordusu Tikritə yaxınlaşmaqda ikən şəhərin sünni əhalisi şiə divanından qorxaraq qaçmağa başlayıb.

Reuters agentliyi xəbər verir ki, şəhər sakinləri əllərinə keçən ağ parçalardan bayraq düzəldirlər.

Xəbər verilir ki, Tikrit sünniləri İraq ordusunun tərkibində olan və şəhərə xilaskar kimi gələn şiələrdən sünni cihadçı işğalçılardan daha çox çəkinirlər.

Təhlilçilər bildirirlər ki, şəhər İslam Dövləti tərəfindən tutularkən bir çox sakinlər cihadçıları xilaskar kimi qəbul etmişdilər, lakin sonradan “xilafət”in şəriət qanunları ilə edamları adamları didərgin saldı.

İndi isə Tikrit İraqın hökumət ordusu və onun şiə müttəfiqləri ilə üz-üzə qalıb.

Bundan əvvəl İraq ordusu tərəfindən azad edilmiş Diyala əyalətində şiələrin sünnilərə divan tutduqları barədə xəbərlər yayılmışdı.

Bu arada özünü “xilafət” elan etmiş İslam Dövlətinin başqa-başqa yerlərdəki döyüşçüləri Tikritə axışırlar.

Onlar şəhər uğrunda ölüm-dirim mübarizəsinə qalxacaqlarını bildiriblər.

Bu da xəbər verilir ki, Tikrit üzərinə hücuma keçən İraq ordusunun sıralarında 4 min sünni var və onlar şəhər əhalisini sakitləşdirməyə çalışırlar.

XS
SM
MD
LG