Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:58

İslam Dövləti yaraqlıları Tikrit neft mədənlərinə od vurublar


Reuters agentliyi xəbər verir İD yaraqlıları Tikrit üzərinə hücuma keçən İraq ordusuna maneə yaratmaq məqsədilə şəhər ətrafındakı neft mədənlərini yandırıblar.

Şahidlər bildiriblər ki, İD cihadçıları İraq helikopterlərindən qorunmaq üçün Əcil neft mədənlərində yanğın törədiblər.

Tikrit üzərinə hücum indiyədək İraq ordusu tərəfindən İD üzərinə həyata keçirilən ən miqyaslı həmlədir.

Təhlilçilər bildirirlər ki, neft mədənləri üzərində nəzarət İD-ə maliyyə üstünlükləri verirdi.

Xəbər verilir ki, İraq ordusunun Tikrit üzərinə hücumunun müvəffəqiyyəti Bağdad hökumətinin ölkənin şimalını nəzarət altına almasına yol aça bilər.

XS
SM
MD
LG