Azərbaycanın maliyyə naziri, İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyasının həmsədri Samir Şərifov ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekutanı qəbul edib.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə hazırda Azərbaycandakı sosial-iqtisadi vəziyyət, maliyyə, regional əməkdaşlıq, enerji, investisiya və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Samir Şərifov səfir Robert Cekutaya diplomatik fəaliyyətində uğurlar arzulayıb.