Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:26

Əli Həsənov Amnesti İnternational təşkilatının bəyanatını pisləyib


Əli Həsənov
Əli Həsənov

Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov Amnesti İnternational təşkilatının Azərbaycanla bağlı bəyanatını pisləyib və bir daha bu cür bəyanatların qərəzli olduğunu bildirib.

O qeyd edib ki, təəssüf ki, Azərbaycanın iqtisadi, sosial, siyasi, humanitar və digər sahələrdə əldə etdiyi uğurları gözdən salmağa çalışan bəzi yerli qruplar və xarici dairələr l Avropa Oyunlarını ölkəyə qarşı həyata keçirilən qara piar kampaniyasının baş mövzusuna çevirməyə çalışırlar: “Amnesty İnternational” təşkilatının l Avropa Oyunlarını boykot çağırışı, oyunlara hazırlıqla bağlı həyata keçirilən tədbirlər haqqında dezinformasiyaların dövriyyəyə buraxılması, xarici KİV-də sifarişlə yerləşdirilən qərəzli, qeyri-obyektiv materiallar və digər məsələlər bu cəhdlərin bariz nümunələridir”, - deyə Ə. Həsənov vurğulayıb.

Amnesty International təşkilatının martın 4-də yaydığı hesabatda deyilir ki, ilk Avropa Oyunlarına ev sahibliyi edəcək Azərbaycanda insan haqlarının vəziyyəti ən aşağı həddə düşüb.

Hesabatda hazırda bu ölkədə azı 22 vicdan məhbusu saxtakarlıq, mənimsəmə, qanunsuz narkotik maddələrdən istifadə və hətta casusluq kimi qurama ittihamlarla həbsdədir.

XS
SM
MD
LG