Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:02

ABŞ və İran arasında növbəti görüş martın 15-də olacaq


John Kerry və Javad Zarif
John Kerry və Javad Zarif

ABŞ Dövlət katibi John Kerry ilə İranın xarici işlər naziri Mohammad Javad Zarif Cenevrədə 3 günlük danışıqları başa vurublar.

Zarif danışıqlarda müəyyən irəliləyiş olduğunu, amma yükun razılaşma üçün hələ çox iş görülməli olduğunu deyib.

Kerry isə danışıqların hələ də çətin olaraq qaldığını deyib.

Liderlərin növbəti görüşü martın 15-də olacaq.

Tehranla ümumi danışıqlarda ABŞ,Rusiya,Çin,Böyük Britaniya, Fransa və Almaniya iştirak edir.

Tərəflər iyunun 30-dək yekun razılıq əldə etmək qərarına gəliblər.

Razılaşmada İranın nüvə proqramını dondurması və əvəzində ona qarşı tətbiq edilən beynəlxalq sanksiyaların yüngülləşdirilməsi nəzərədə tutulur.

Qərb hesab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir.

Tehran ittihamı rədd edir və nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

XS
SM
MD
LG