Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Noyabr, bazar, Bakı vaxtı 00:58

MTN yeni terror məlumatı yaydı


MTN

-

Milli Təhlükəsizlik Nazirliyi antiterror əməliyyatı keçirib, 6 nəfər həbs olunub.

Bu barədə apa-ya MTN-dən məlumat verilib.

Saxlanılanlar Niyaməddin Xəlilov, Rufis Bəyimov, Rəşad Həşimli, İlqar Musayev, Anar RzayevCeyhun Abdullayevdir.

Məlumata əsasən, onların üzərində və yaşadıqları mənzillərdə 4 ədəd «Makarov» tapançası, 1 ədəd «TT» tapançası, 5 ədəd tapança darağı, 35 ədəd patron, 1 kiloqramadək trotil şaşkası, 2 ədəd «RQD-5» əl qumbarası aşkarlanıb.

Cinayət işi açılıb, saxlananlar barədə həbs-qətimkan tədbiri seçilib.

Məlumatda deyilir ki, Azərbaycan Respublikasında şəriət dövləti qurmaq məqsədilə təxribat-pozuculuq və terrorçuluq aksiyalarını törətmək üçün 2014-cü ilin noyabrında adı çəkilən şəxslər və qeyriləri mütəşəkkil dəstə yaradıblar. Özlərinə «əmir» də təyin ediblər. Dəstə üzvləri «cihad» üçün əvvəlcə pul əldə etmək məqsədilə bir sıra qanunazidd əməllər də törədiblər.

Hələlik saxlanılan şəxslərin yaxınları və ya vəkilləri ilə əlaqə saxlamaq mümkün olmayıb.

XS
SM
MD
LG