Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:48

Dollar güclənir, xaricdə otellərin qiyməti düşür


Dollar
Dollar

-

«Amerikalılar üçün xaricə səyahət etməyin əsl vaxtıdır. Amerika iqtisadiyyatı güclənir, dollar dünya valyutalarına baxanda daha çox alıcılıq gücünə malikdir, okeanın o tayında otel qiymətləri düşüb», - «Washington Post» qəzetində Darla CameronDan Keating belə yazır.

Səyahət bələdçisi (TripAdvisor) 2015-ci il üçün otel qiymətlərini yayıb və okeanın o tayında ortalama 7 faiz düşüş göstərir. Avropada isə azalma 9 faizdir. Fransada oteldə gecələmə 13, Almaniyada 11, İspaniya və İtaliyada 8 faizdən çox azalıb. İsveç və Norveçdə də qiymətlərin uyğun olaraq 19 və 17 faiz düşdüyü bildirilir.

Bu cədvəldə isə otel qiymətlərinin ən çox düşdüyü 10 ölkənin siyahısı verilir: Ölkənin adı, oteldə bir gecənin qiyməti və ötən illə müqayisədə azalma:

1. Rusiya, $80 -45 faiz

2. Ukrayna, $71 -38 faiz

3. İsveç, $151 -19 faiz

4. Norveç, $173 -17 faiz

5. Polşa, $67 -15 faiz

6. Rumıniya, $65 -16 faiz

7. Bolqarıstan, $64 -14 faiz

8. Fransa, $109 -13 faiz

9. Mərakeş, $106 -12 faiz

10. Uruqvay, $131 -12 faiz

Yazıda təkcə otellərin deyil, bütün qiymətlərin düşdüyü qeyd olunur. Dolların alıcılıq qabiliyyəti avro işlətməyən ölkələrdə də güclənib.

Bakıda etiraz aksiyası - 12 oktyabr 2013
Bakıda etiraz aksiyası - 12 oktyabr 2013

İQTİSADİYYATI DÜŞDÜKCƏ, AZƏRBAYCAN NARAZILARA GÖZ QOYUR

Parlament seçkisi öncəsi iqtisadi problemlər yarandıqca, Azərbaycan istənilən narazılıq göstərisini diqqətlə izləyir. Bunu «Reuters» agentliyi yazır. Müəllif ötən şənbə Bakının mərkəzində cəmi 30 nəfərin toplaşaraq qiymət artımına etiraz etdiyini vurğulayır. Ancaq polis dərhal yeddi nəfəri saxlayır və az sonra da buraxır.

«Polisin reaksiyası insan haqlarını pozmaqda, opponentlərini həbs etdirməkdə ittiham olunan hakimiyyətin əsəbiliyini göstərir. Ancaq ictimai narazılığın noyabr seçkilərində hakim Yeni Azərbaycan Partiyasının qələbəsini əngəlləməyə heç bir şansı yoxdur».

«Rəhbərliyə heç bir təhlükə yoxdur, çünki Azərbaycanda müxalifət kifayət qədər güclü deyil», - bunu müstəqil təhlilçi Fazil Mustafa deyib. Onun fikrincə, əhalinin əksəriyyəti illər boyu hökumətə sabitliyin qarantı kimi baxır.

Fransanın «Coface» kredit agentliyi isə sosial gərginliyin arta biləcəyini yazır:

«İqtisadi artımım azalması... özəlliklə 2015-ci il noyabr parlament seçkilərində artan gərginliyə gətirib çıxara bilər. Ancaq bu səsvermənin prezidentin partiyasının davamlı dominantlığına təsiri olmayacaq». Qurum Dağlıq Qarabağ münaqişəsini də regionda sabitsizlik riskini artırdığını qeyd edib.

KREML MÜXALİFƏTİ NƏZARƏTDƏ SAXLAYIR

«Rusiyada müxalifət lideri Boris Nemtsov-un qətlindən bir neçə gün keçsə də, bu peşəkar atəşin arxasında kimin durması hələ də bəlli deyil. Kimin günahkar olub-olmamasından asılı olmayaraq, Rusiya müxalifəti prezident Vladimir Putin-ə qarşı duracaq gücdə deyil. İqtisadi sabitsizlik artdıqca, Putin müxalifəti məngənədə saxlamaq üçün «parçala-hökm sür» strategiyasına bel bağlayacaq».

Vladimir Putin - 2014
Vladimir Putin - 2014

Bunu «Stratfor» araşdırmalar mərkəzi yazır.

Yazıda hökumətə bağlı (Kommunist və Liberal Demokratik) partiyaların və anti-Putin etiraz hərəkatının mövcud olduğu vurğulanır. Aparıcı müxalifət fiqurlarından olan Nemtsov da vaxtilə Rusiya hökumətində vəzifə tutub:

«Yəni, demək olar bütün müxalifət hərəkatları və liderləri sistemə bağlıdır. Rusiyada bir liderin yüksəlməsi asan deyil. Bundan başqa, müxalifətin heç bir lideri Rusiya əhalisinin daha geniş təbəqəsinə müraciət etmir. Ancaq 2011-2012-ci illərdə Kremlə qarşı etirazlarda olduğu kimi müxtəlif qruplar bir araya gələndə, Rusiya elitası üçün əsl narahatlıq başlanır».

«Bazar günü yürüşünə 21-50 min arası nümayişçi qatılıb. Kremlə qarşı, yaxud Nemtsov-un müdafiəsinə dair elə də güclü fikirlər səslənmədi. Bu, Putin-in mövqeyinin möhkəmliyini göstərir. Putin elə bir sistem qurub ki, müxalifət kənardadır, ancaq həm də onun qaydaları ilə oynayır. On ilə yaxındır müxalifət böyük nümayişlər üçün hökumətdən icazə alır.... Ancaq bu, o demək deyil ki, Kreml narazıları vecinə almır. Kreml qarşısında duran sual odur ki, narazılar Kremlin içindən çıxa bilərmi?».

«Kreml Rusiya daxilində, hətta müxalifət üzərində nəzarəti əlində saxlamağa çalışır, ancaq eyni zamanda digər təzyiqləri də yüngülləşdirməlidir. Ukrayna ilə atəşkəs qüvvədədir və bəzi avropalılar Rusiya ilə yenidən biznes qurmaq istəyir. Sanksiyaların uzadılması da müzakirə mövzusudur. Putin həm də Qərblə münasibətləri düzəltməyə çalışır».

XS
SM
MD
LG