Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:24

İŞİD-in tərkibində vuruşmuş azərbaycanlıların məhkəməsi başlayıb


Foto: Arxiv
Foto: Arxiv

-

Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə iki Azərbaycan vətəndaşı - Firdovsi Yusifovla Taleh Sultanovun işi üzrə hazırlıq iclası keçirilib.

İstintaq materiallarında göstərilir ki, müttəhimlər Pakistanda terrorçuların tərəfində hökumət qoşunlarına qarşı döyüşüblər. Sonradan Suriyaya keçiblər. Burda İŞİD-ə qoşulublar, döyüşlərdə iştirak ediblər.

Müttəhimlər ittiham üzrə özlərinin təqsirli saymadıqlarını bildiriblər.

2013-cü ilin avqustunda onlar İran ərazisinə qanunsuz keçərkən saxlanılıblar. 2014-cü il aprelin 24-də Azərbaycan tərəfinə təhvil veriliblər. T.Sultanovun həyat yoldaşı və qaynanası da Suriyaya gedib və indiyədək ordadırlar.

Bundan əvvəl MTN Suriya və Pakistanda hərbi əməliyyatlarda iştiraka görə 26 nəfərin həbs olunduğunu bildirib.

Məhkəmə prosesi martın 6-da davam edəcək.

XS
SM
MD
LG