Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 18:45

BMT: “Liviya silah qadağasını sərtləşdirməlidir”


Liviyanın Sirte sahil şəhərində İD qruplaşmasının paradını göstərən video
Liviyanın Sirte sahil şəhərində İD qruplaşmasının paradını göstərən video

-

BMT yeni hesabatında bildirir ki, Liviyaya silah axınına nəzarət “demək olar mövcud deyil”.

Hesabatda ekspertlər silah embarqosunun sərtləşdirilməsinə çağırır. Tripoli isə özünü müdafiə edə bilmək üçün bu qadağanın yumşaldılmasını istəyir.

Sənəddə həmçinin tövsiyə olunur ki, silah axınını və ölkə neftinin qanunsuz ixracını önləmək üçün Liviya hökumətinə kömək məqsədilə dəniz monitorinq qüvvəsi yaradılsın.

Beynəlxalq ictimaiyyət Liviyada İslam Dövləti yaraqlılarının baş qaldırmasından narahatdır.

Birləşmiş Ştatlar və digər dövlətlər onu da bildirirlər ki, Qərbin dəstəklədiyi kövrək hökumətə verilən istənilən silah yanlış əllərə keçə bilər.

XS
SM
MD
LG