Keçid linkləri

Təcili xəbərlər
2021, 26 İyul, Bazar ertəsi, Bakı vaxtı 04:48

92 yaşlı çinar yıxıldı


Yaşar Kamal

-

Türk ədəbiyyatının nəhəngi Yaşar Kamal 92 yaşında vəfat etdi.

"Habertürk"ün məlumatına görə, o, ağciyər iltihabı və ürəyin aritmiyası diaqnozu ilə yerləşdirildiyi İstanbul Tibb Fakültəsinin reanimasiya şöbəsində keçinib.

Həkimlər ay yarım idi onun sağlıq durumunun bərpası üçün çalışırdılar.

Yaşar Kamal martın 2-də dəfn ediləcək.

Nobel mükafatına namizəd olmuş Yaşar Kamal "İnce Memed" və başqa məşhur romanların müəllifidir.

Ömrü boyu Türkiyədə kürd probleminin həllini arzulamış yazar bu məsələnin çözümü üçün hazırda aparılan tarixi danışıqların nəticəsini görmədən dünyadan köçdü.

XS
SM
MD
LG