Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 23:06

Ukraynada sabiq deputat özünü öldürüb


Mykhailo Chechetov
Mykhailo Chechetov

-

Ukraynanın paytaxtı Kiyevdə keçmiş deputat, Regionların Partiyası fraksiyasının sabiq sədr müavini Mykhailo Chechetov intihar edib.

«Interfax» xəbər verir ki, o, 17-ci mərtəbədə yerləşən mənzilinin pəncərəsindən özünü atıb. Həyat yoldaşı onun ölümqabağı yazdığı məktubu tapıb.

Fevralın 20-də Ukraynanın baş prokurorluğu bildirmişdi ki, Chechetov vəzifə səlahiyyətlərini aşmaqda və vəzifəsindən sui-istifadədə ittiham olunur. O, həbs edilsə də, girov müqabilində buraxılmışdı.

2014-cü ilin yanvarında Ukrayna parlamenti insan haqlarını məhdudlaşdıran qanun qəbul etmişdi. Həmin vaxt qanunun keçməsi üçün 226 səs çatışmasa da, say komissiyası qanun layihəsinin bəyənilməsi ilə bağlı protokol imzalamışdı. Chechetov say komissiyasının üzvü kimi bu protokola imza atmışdı.

Bir ay sonra parlament bu qanunu ləğv etmişdi.

XS
SM
MD
LG