Keçid linkləri

Təcili xəbərlər
2021, 31 İyul, şənbə, Bakı vaxtı 08:07

Apellyasiya Məhkəməsi Arif Yunusun şikayətini təmin etmədi


Arif Yunus

-

Fevralın 27-də Bakı Apellyasiya Məhkəməsi Arif Yunusun həbs müddətinin avqustun 5-dək uzadılması ilə bağlı şikayətini təmin etməyib.

Bu haqda AzadlıqRadiosuna vəkil Əfqan Məmmədov məlumat verib.

Həbs müddətinin uzadılmasını əsassız və ədalətsiz hesab edən vəkil bildirib ki, A.Yunusa qarşı heç bir istintaq hərəkətləri aparılmır.

A.Yunus dahəbs müddətinin uzadılmasının və cinayət işinin qanunsuz olduğunu bildirib.

Arif Yunus keçən ilin avqustunda həbs olunub. Onun həbsindən bir neçə gün əvvəl isə həyat yoldaşı Leyla Yunus həbs edilib. Onlar Ermənistanın xeyrinə casusluqda ittiham olunurlar. Arif və Leyla Yunus həbslərini siyasi sifariş sayır.

Beynəlxalq hüquq-müdafiə təşkilatı «Amnesty International» onları vicdan məhbusu sayır.

XS
SM
MD
LG