Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:04

Qərb mediası “Cihadçı John”un əsl adını açıqlayıb


"Cihadçı John" kimi tanınan Mohammed Emwazi.
"Cihadçı John" kimi tanınan Mohammed Emwazi.

Qərb mediası İslam Dövləti qruplaşmasının məşhur cəlladı, “Cihadçı John” kimi tanınan yaraqlının adını açıqlayıb.

London ləhcəsi ilə danıçan bu şəxs üzü maskalanmış vəziyyətdə qərbli girovların başlarının kəsilməsini göstərən videoların hasmısında görüntülənib.

Küveytdə doğulmuş, 20 yaşlarında olan Britaniya vətəndaşı Mohammed Emwazi Britaniya təhlükəsizlik xidmətlərinə 2010-cu ildən tanış imiş.

Britaniya polisi təhqiqatın davam etdiyini əsas gətirərək əlavə şərh verməkdıən imtina edib.

Emwazi ilk dəfə onun ABŞ jurnalisti James Foley-ni öldürdüyünü iddia edən videoda ötən ilin avqustunda görünüb.

Daha sonra onun ABŞ jurnalisti Steven Sotloff-un, Britaniya humanitar yardınm işçisi David Haines-in, britaniyalı taksi sürücüsü Alan Henning və amerikalı humanitar yardım fəalı Abdul-Rahman Kassig-in öldürüldüklərini elan edən videolarda göründüyü düşünülür.

Bu ayın əvvəllərində “Cihadçı John” yapon jurnalist Kenji Goto-nun ölümünü elan edən videoda görünmüşdü.

İD-in azad etdiyi Qərb girovları bildirirlər ki, oğurlanmış qərblilərin saxlanması ilə üç britaniyalı cihadçı məşğul olur.

Onları şərti oilaraq “Beatles” ayaması ilə tanıyırlar.

XS
SM
MD
LG